Morniqstar: “Ukrayna hadisələri Qarabağ münaqişəsinin birdəfəlik həllini tələb edir”
“Ukraynada baş verənlər Dağlıq Qarabağ münaqişəsinin artıq birdəfəlik həllini tələb edir”.
APA TV-nin xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. Səfir qeyd edib ki, Krım hadisələri Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllini zəruri edir: “Dağlıq Qarabağ münaqişəsi Qafqaz bölgəsində qeyri-sabitlik mənbəyidir. Bu, bir ocaqdır. Münaqişənin həlli bütün region üçün faydalıdır”.
Riçard Morninqstarın sözlərinə görə, Amerika Birləşmiş Ştatları ümid edir ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü yaxın gələcəkdə keçiriləcək: "Bu görüş həm rəsmi, həm də qeyri-rəsmi şəkildə keçirilə bilər. Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi davam edən danışıqlar prosesində aktivdir".
ABŞ-ın Azərbaycandakı səfiri ölkəsinin Əfqanıstan məsələsi ilə əlaqədar Azərbaycanla gələcək əməkdaşlığına aydınlıq gətirib. Diplomat bildirib ki, ABŞ Əfqanıstanla bağlı Azərbaycanın etdiyi hər bir köməyi yüksək qiymətləndirir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub