Ucarda 20 yaşlı ana doğuşdan sonra ölüb - YENİLƏNİB
Ucar rayonunda ana doğuşdan sonra dünyasını dəyişib. Zərdab rayon sakini, 20 yaşlı Sayad Abdulrəhmanova doğuş üçün Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Doğuş qeysəriyyə əməliyyatı yolu ilə həyata keçirilib. Uşaq götürüləndən sonra ananın vəziyyəti pisləşib. Qadın gecə saatlarında dünyasını dəyişib. Dünyaya gələn oğlan uşağının isə tam sağlam olduğu bildirilib. Bu, Sayad Abdulrəhmanovanın ilk doğuşu imiş.
Xəstəxananın cərrahı Cavanşir Qədirovun APA TV-yə deyib ki, aprelin 21-də Sayad Abdulrəhmanova doğuş üçün xəstəxanaya götürülüb. Təbii doğuş mümkün olmadığından elə həmin gün qeysəriyə əməliyyatı yolu ilə doğuş həyata keçirilib. Ayın 22-də saat 11:00 radələrində xəstəxananın tibb bacısı xəstənin palatada yerdə huşsuz vəziyyətdə olduğunu görüb. Sayyad Abdulrəhmanovanın hansı səbəbdən yıxılması hələlik məlum deyil. Xəstənin vəziyyətinin get – gedə pisləşməsini görən həkimlər Bakıdan həkim briqadası çağırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. O, 23-ə keçən gecə ölüb. Meyit aidiyyəti üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Ucar Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub