Bərdədə güclü yanğın: Eyni ailənin 5 üzvü yaralandı
Aprelin 21-də saat 21.00 radələrində Bərdə rayonunun Kətəlparaq kəndində yaşayış evində yanğın olub. APA TV-nin xəbərinə görə, kənd sakini Həsrət Qurbanova məxsus evdə baş verən hadisə nəticəsində evin yanar konstruksiyaları və oradakı əşyalar 28 kv.m sahədə yanıb. Dövlət Yanğın Təhlükəsizlik Xidməti Bərdə rayon şöbəsinin əməkdaşları hadisə yerinə gələnə qədər ev sahibi və qonşular evi söndürməyə çalışıblar. Ailə başçısı və onun doğmaları müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yanıq xəsarətləri alan ev sahibi və onun həyat yoldaşı Sehran Qurbanova, oğlu Coşqun, gəlini Rufanə Qurbanova və azyaşlı nəvəsi Tumurcuq xəstəxanaya yerləşdiriliblər.
Yanğınsöndürənlər yanğını söndürüblər və ətrafdakı tikililərə keçməsinin qarşısını alıblar.
Hadisənin hansı səbəbdən törəndiyi və dəymiş zərərin miqdarı araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub