Milli Qəhrəmanın polis oğlu "Lexus"da qəzaya düşdü, vəziyyəti ağırdır
Bakının Nərimanov rayonunda ağır-yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki dairədə qeydə alınıb. Paşayeva Asya Namiq qızının idarə etdiyi "KİA" markalı avtomobil Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən dairədən prospektə dönmək istəyən "Lexus" markalı maşınla toqquşub. İlkin ehtimala görə, qəzaya "Lexus" markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub.
Qəza nəticəsində dörd nəfər xəsarət alıb. Onlardan "KİA"-nın sürücüsü Paşayeva Asya Namiq qızı, eləcə də, "Lexus"un sürücüsü, 35 yaşlı Şükürov Sənan Şahlar oğlu və sərnişin, 36 yaşlı Sarıyev Elxan Çingiz oğlu Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Digər yaralının isə xəsarətləri yüngül olduğundan, ona hadisə yerində ilkin tibbi yardım göstərilib.
Kliniki Tibbi Mərkəzdən APA TV-yə verilən məlumata görə, Sənan Şükürovun vəziyyəti çox ağırdır.
Qeyd edək ki, Sənan Şükürov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin kapitanıdır. O, Milli Qəhrəman Şahlar Şükürovun oğlu, Kəlbəcər rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əvəz Şükürovun nəvəsidir.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsindən APA TV-yə verilən məlumata görə, Sənan Şükürov təhqiqatçı vəzifəsində çalışır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub