Rauf Mirqədirov ermənilərlə iş birliyində günahlandırılır
“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib.
Onun sözlərinə görə, Rauf Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.
APA-nın əldə etdiyi məlumata görə, R. Mirqədirov ermənilərlə iş birliyində günahlandırılır. Onun Azərbaycan dövlətinin məlumatı olmadan Ermənistana səfər etdiyi və ölkədə bir sıra görüşlər keçirdiyi bildirilir.
Elçin Behbudov yaxın günlərdə Rauf Mirqədirovla görüşəcəyini deyib.
Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib.
Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist Rauf Mirqədirov dövlətə xəyanətdə ittiham olunaraq həbs olunub.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub