Telman İsmayılov "Halkbank"dan aldığı krediti ödəyə bilmir
Türkiyənin dövlət bankı olan Halkbankla azərbaycanlı milyonçu Telman İsmayılov arasında problem yaranıb. APA TV-nin Türkiyənin "Taraf" qəzetinə istinadən verdiyi məlumata görə, 1,4 milyard dollarlıq sərmayə ilə açılan "Mardan Palace" otelinin sahibinə verilən 62,5 milyon dollarlıq kredit batıb. Girov qoyulan ərazi isə xəzinə torpağı çıxıb. 2009-cu ildə alınan kreditin son 1 ildə geri ödənilməsində problem yaşanıb. Bank ekspertləri bunun səbəbini araşdırarkən otelin bir hissəsinin dövlətə məxsus torpaqlara düşdüyünü və bu ərazinin girov kimi qoyulmasının mümkün olmadığını aşkar edib. Otel Antalya Aksu Bələdiyyəsinə məxsus ərazidə tikilib. Telman İsmayılova kredit verilərkən bankın icraçı direktorunun 17 dekabr əməliyyatları çərçivəsində evindən ayaqqabı qutusunda 4,5 milyon dollar çıxan Süleyman Aslan olduğu bildirilib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub