Turçinov: "Putin Ukraynadan qorxur"
"Putin rejimi müstəqil Ukraynanı məhv etmək istəyir".
APA TV-nin "UNIAN" agenylinə istinadən xəbərinə görə, bunu “Ukraina” telekanalının efirində Ali Radanın sədri, prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov bəyan edib. O qeyd edib ki, Putin Ukraynadan çox qorxur.
“Çünki Ukrayna bir çox postsovet ölkələri üçün nümunədir. Yəni, insanlar özləri müəyyən edə bilər, hansı hakimiyyət onların xoşuna gəlir, hansı yox. Bizim ölkədə insanlar oğru məmurları hakimiyyətdən uzaqlaşdıra bildilər. Belə nümunə Putini qorxuya salır. Bu üzdən də onun məqsədi Ukraynadakı sabitliyi tamamilə pozmaqdır. Ölkənin şərqində vəziyyətin gərginləşdirilməsi bütövlükdə Ukraynaya zərbə vurmaqdır”, - deyə o vurğulayıb.
Bu arada məlum olub ki, bundan sonra Rusiya telekanalları “UDAR” partiyasının sədri, tanınış siyasətçi və boksçu Vitali Kliçko döyüşlərini yayımlamayacaq.
Bununla bağlı açıqlamanı Boks üzrə dünya çempionu Vitali Kliçko Tvitter səhifəsində palaşıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub