Sabirabadda ağır yol qəzası: 1 ölü, 2 yaralı
Sabirabad rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Rayonun Qalağayın kənd sakini 56 yaşlı Hüseyinov Talıb Hacıbala oğlunun idarə etdiyi VAZ 2106 markalı minik avtomobili, rayonun Qəzli kənd sakini 39 yaşlı Əhmədov Hidayət Qadir oğlunun idarə etdiyi Mercedes markalı avtomobillə toqquşub. Qəza zamanı avtomobillərdən biri zərbənin təsirindən yoldan çıxaraq yol kənarındakı iaşə obyektinə çırpılıb. Nəticədə, sürücü Talıb Hüseynov hadisə yerindəcə ölüb. Digər sürücü və avtomobildə olan sərnişin Nəcəməddin Mustafayev ağır kəllə beyin travması diaqnozu ilə Sabirabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücü Hidayət Əhmədovun vəziyyəti ağır olduğundan onu Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər. Qəzanın baş vermə səbi ilə bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub