Suriyada girovluqda olan 4 fransalı jurnalist azad edilib
Suriyada təxminən bir il girovluqda olan dörd fransalı jurnalist azad edilib. Onlar Türkiyə ərazisində, Suriya ilə sərhəddəki Akçakale şəhəri yaxınlığında əl-ayaqları bağlı vəziyyətdə aşkarlanıblar. Fransalı jurnalistlər Şanlıurfa şəhərindəki xəstəxanada tibbi müayinədən keçiriliblər. Müvafiq prosedurlardan sonra jurnalstlər Fransaya yola salınıblar.
Qeyd edək ki, müstəqil reportyor Nikolya Enen, fotoqraf Pyer Torres, "Avropa-1" radiosunun əməkdaşları Eduard Elias və Didye Fransua Suriyanın şimalında ekstremistlər tərəfindən qaçırılıblar. Azad edilən jurnalistlərin durumunun yaxşı olduğu bildirilir. Fransa vətəndaşlarının hansı qruplaşma tərəfindən qaçırıldığı məlum deyil. KİV-də yayılan bəzi məlumatlara görə, jurnalistlər "İraq və Levanta İslam dövləti" adlı qruplaşmanın girovluğunda olublar.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub