Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirinə start verildi
Şəmkirdə tanınmış şahmatçı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri başlayır. APA TV-nin məlumatına görə, aprelin 30-unadək davam edəcək yarışın rəsmi açılış mərasiminə dünyaca məşhur şahmatçı Maqnus Karlsen da qatılıb.
Yarışda iştirak edəcək ulduz şahmatçıların adı dəqiqləşib. Turnirdə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, beynəlxalq reytinq siyahısında 5-ci olan İtaliya şahmatçısı Fabiano Karuana (İtaliya), FİDE-nin reytinqində 7-ci mövqedə qərarlaşan amerikalı Hikaru Nakamura, 9-cu pillədə olan rusiyalı Sergey Karyakin, o cümlədən, azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarovla (11-ci) Teymur Rəcəbov (34-cü) iştirak edəcək. “A” turnirinin mükafat fondu 100 min avro təşkil edir.
Mükafat fondu 30 min avro olan “B” turnirində 10 şahmatçı mübarizə aparacaq.
Yarışın keçirilməsində əsas məqsəd məşhur şahmatçı Vüqar Həşimovun xatirəsini yad etmək, “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na dəstək olmaqdır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub