Gəncədə tələbə polisi yaraladı
Gəncədə şəxsi münasibətlər zəminində polis əməkdaşı ilə tələbə arasında münaqişə olub.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, dava şəhərin Nəriman Nərimanov prospektində, 10 saylı orta məktəbin yaxınlığında baş verib. Gəncə şəhər Baş Polis İdarəsinin polis əməkdaşı Elçin Həsənovla Azərbaycan Dövlət Aqrar Universitetinin III kurs tələbəsi Xalid Aydınlı arasında şəxsi münasibətlər zəminində dava düşüb. Tələbə polisə sifət nahiyəsindən zərbələr endirərək ona xəsarət yetirib.
Qeyd edək ki, dava baş verən zaman polis əməkdaşı Elçin Həsənov mülki geyimdə olub. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Məsələ ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:29
1089
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1212
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1726
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1068
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1852
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1506