Təhsil sahəsində yazan jurnalistlər mükafatlandırıldı
“Media təhsildə baş verən proseslər barədə cəmiyyətdə əhəmiyyətli fikir formalaşdırır. Təhsil Nazirliyi mediya ilə əməkdaşlığa xüsusi önəm verir və bu əməkdaşlıq bundan sonra da davam etdirəcək".
APA TV-nin xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov ““Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu” mövzusunda elan olunan jurnalist yazıları müsabiqəsinin mükafatlandırılma mərasimində bildirib.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə çıxışında deyib ki, müsabiqəyə KİV nümayəndələri tərəfindən 46 yazı təqdim edilib. Yazılar təhsil sektorunu əhatə edən 5 istiqamət üzrə hazırlanıb. Ümumilikdə, 25 nəfər olmaqla, hər istiqamət üzrə qaliblər və həvəsləndirici yerlərin sahibləri müəyyənləşib.
Qeyd edək ki, müsabiqədə APA.az saytının əməkdaşı Könül Cəfərova və Lent.az portalının əməkdaşı Anar Məcidzadə də “Təhsil Nazirliyinin fəxri diplomu” ilə təltif ediliblər.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub