Bakıda “BMW X6” ilə "avtoşluq" edən polisin atası işdən çıxarıldı
Dövlət Gömrük Komitəsinin (DGK) Yevlax Gömrük İdarəsinin rəisi
Əliməmməd Həsənov vəzifəsindən azad edilib. Bu barədə APA-ya özəl mənbələrdən məlumat verilib. DGK-dan APA-ya Ə. Həsənovun işdən çıxarılması xəbərini təsdiqləyiblər.
Qeyd edək ki, Ə. Həsənovun oğlu, polis əməkdaşı Tural Həsənov bir neçə gün əvvəl avtomobili ilə Zığ şossesində avtoxuliqanlıq etdiyinə görə məhkəmənin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə T. Həsənov polis orqanlarından da xaric olunub.
Onun yarışdığı digər avtoxuliqan, dostu Rahib Abdulbağırov isə 15 sutkalıq həbs edilib.
OXŞAR XƏBƏRLƏR
14:29
1105
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1231
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1743
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1071
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1854
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1508