Ərdoğan böyük məbləğdə təzminat tələb edir
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sosial mediada özünün və ailəsinin hüquqlarının pozulması iddiası ilə Konstitusiya məhkəməsinə müraciət edib. APA-nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, Ərdoğan onun barəsində sosial mediadakı yazıların silinməsi barədə məhkəmə qərarlarının icra edilmədiyini əsas gətirərək, öz vəkili vasitəsilə konstitusiya məhkəməsinə şikayət ünvanlayıb. Türkiyənin baş naziri hüquqlarının pozulması qarşılığında 50 min türk lirəsi məbləğində təzminat tələb edib. Xatırladaq ki, Ərdoğanın yaxın ətrafını korrupsiya qalmaqalında günahlandıran audio yazıların yayılmasından sonra Türkiyə hökuməti “Twitter” və “Youtube” saytlarına ölkə ərazisində girişi dayandırmışdı. Aprelin əvvəllərindən etibarən söz azadlığını məhdudlaşdırdığı əsas gətirilərək Konstitusiya məhkəməsi “Twitter”ə qoyulan qadağanı aradan qaldırsa da “Youtube” saytına giriş hələ də bərpa edilməyib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub