Bakıda qəza: "Mitsubishi"nin sürücüsü "avtoş"luq etdi
Ötən gecə Bakının Nərimanov rayonunda qəza baş verib. APA TV-nin xəbərinə görə, qəza Koroğlu Rəhimov küçəsində qeydə alınıb. Hadisə nəticəsində Əliyev Samir Nasir oğlunun idarə etdiyi "VAZ 21099" markalı avtomobillə Əliyev Orxan Bayram oğlunun idarə etdiyi "Mitsubishi" toqquşub. Qəzada sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Nərimanov rayon şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya "Mitsubishi"nin sürücüsü Əliyev Orxan Bayram oğlunun diqqətsizliyi ucbatından baş verib. O, dönmə əməliyyatını yerinə yetirən Əliyev Samir Nasir oğlunun idarə etdiyi "VAZ 21099"u arxadan vurub. Faktla bağlı Dövlət Yol Polisinin Nərimanov rayon şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub