Zaqatalada vəhşi heyvan kəndə hücum etdi
Zaqatalada canavar kəndə hücum edib. APA TV-nin məlumatına görə, hadisə rayon mərkəzinə ən yaxın yaşayış məntəqəsi olan Aşağı Tala kəndində baş verib. Kənd sakini Məhəmməd Həmzəyevə məxsus evin həyətyanı sahəsində tikilmiş tövləyə hücum edən canavar tövlədə olan 5 baş qoyunu yaralayıb. Ev sahibləri hadisədən səhər tövləyə gələrkən xəbər tutublar. Qoyunlardan biri ölüb, digər ikisini sahibi kəsib. Yaralı heyvanlar isə müalicə olunur. Hadisə ilə bağlı dərhal rayon Baytarlıq İdarəsinə müraciət edilib. Rayon Baytarlıq İdarəsinin əməkdaşları tövlə və tövlənin ətrafında dezinfeksiya işləri aparıb. Ölən və kəsilmiş heyvanların basdırılması məsləhət görülüb.
OXŞAR XƏBƏRLƏR
14:29
1153
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1280
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1791
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1073
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1855
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1510