Kann kinofestivalında ilk dəfə Azərbaycan filmi təqdim edildi
Azərbaycan kinosu tarixində ilk dəfə olaraq "Sonuncu" qısametrajlı bədii filmi 67-ci Kann Beynəlxalq Kinofestivalının əsas müsabiqə proqramlarından biri olan "Qısa metr" proqramına daxil edilib. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsindən verilən məlumata görə, nazirliyin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və "Buta Films" şirkətinin birgə istehsal etdiyi filmin quruluşçu rejissoru və ssenari müəllifləri Serqey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmovdur. İkinci dünya müharibəsinin veteranı barədə fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər. Qeyd edək ki, "Qısa metr" proqramının münsiflər heyətinin sədri dünya şöhrətli İran kinorejissoru Abbas Kiarostamidir.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib