Nazir: "Mobil operatorları məcbur edəcəyik"
"Mobil operatorlar aralarında trafik mübadiləsinin qiymətlərini tənzimləməsə, o zaman qanuna uyğun hərəkət edəcəyik".
APA TV-nin xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ölkədə olan mobil operatorların mövcud qiymətlərinə münasibət bildirərkən deyib: “Hesab edirik ki, bu, baş verməlidir. Çünki bu, Nazirlər Kabinetinin və Tarif Şurasının məsələ ilə bağlı apardığı qaydalara uyğun həyata keçirilir. Mobil operatorlar bunu etməsə, biz qanuna uyğun olaraq, aralarında trafik mübadiləsinin qiymətlərinin bizim qoyduğumuz qaydalara uyğunlaşmasına onları məcbur edəcəyik. Çünki bu mobil xidmətlərin tariflərinin aşağı düşməsinə müsbət təsir göstərəcək”.
Nazir deyir ki, ilin əvvəlindən mobil operatorlara nömrədaşıma xidmətinin tətbiq edilməsindən sonra minlərlə vətəndaş bu xidmətdən istifadə edib. O, nömrədaşıma xidmətinin gözlənilən müsbət nəticə verdiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub