17 yaşayış məntəqəsini birləşdirən Sımada-Qarayevkənd yolu tikilib
Saatlıda prezidentin ayırdığı vəsait hesabına Sımada-Qarayevkənd avtomobil yoluna asfalt çəkilir. Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,7 milyon manatı Saatlı rayonunun Sımada-Qarayevkənd avtomobil yolunun tikintisinə ayrılıb. APA TV-nin xəbərinə görə, uzunluğu 21 kilometr olan Sımada-Qarayevkənd avtomobil yolu 44 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirəcək. Sımada-Qarayevkənd avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Bir neçə gün sonra yolun tamamlanması nəzərdə tutulur.
Yolun inşası başa çatdıqdan sonra yol kənarlarına müxtəlif növ ağaclar əkilir. Yolətrafı ərazilərin yaşıllaşdırılmasının davamı olaraq aprelin 15-də Saatlı rayon icra hakimiyyəti tərəfindən alınan 3500 ədəd 10-dan çox dekorativ ağac növü yeni salınmış yolun kənarlarına əkilib. Saatlıda infrastruktur layihələrin tikintisi davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib