Koreyada bərə batdı: 300 nəfər itkin düşdü
Cənubi Koreya sahilləri yaxınlığında “Sevol” sərnişin bərəsinin batması nəticəsində 300-ə yaxın adam itkin düşüb. APA-nın “Renhap” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə baş verən an bərədə 477 nəfər olub. Sərnişinlərin çoxunun şagird və müəllim olduğu bildirilir. İki nəfərin öldüyü rəsmən təsdiqlənib. Beş saat ərzində yalnız 180 nəfəri xilas etmək mümkün olub. Hazırda hadisə yerində əməliyyat keçirilir. Əməliyyatda 24 hərbi gəmi, habelə 18 helikopter iştirak edir. Gəminin batmasının səbəbi hələlik məlum deyil. Bərə Jeju adasına getmək üçün yola çıxıb.
OXŞAR XƏBƏRLƏR
18:30
189
Niderlanda yeni səfir təyin edildi
18:28
229
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1212
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1318
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1826
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1082