Zakir Həsənovun rəhbərliyi ilə Naxçıvanda hərbi təlim keçirilir
Azərbaycan Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikası ərazisində genişmiqyaslı hərbi təlimlərə başlayıb. Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata əsasən, təlimlər müdafiə naziri, general polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq, həyata keçirilir. Təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin şəxsi heyəti, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən yeni, ən müasir standartlara uyğun zirehli texnika cəlb olunub.
Təlimlərdə Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılacaq, döyüş texnikalarının, həmçinin müasir silahların tətbiqi imkanları öyrəniləcək, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, eyni zamanda döyüş əməliyyatlarının müxtəlif mərhələlərində qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetiriləcək.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib