Xaçmazda 2 "VAZ" toqquşdu
Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Gəndob-Yalama yolunun 34-cü km-də qeydə alınıb. Xaçmaz rayon sakini, 21 yaşlı Şıxəliyev İlqar Raviq oğlunun idarə etdiyi "VAZ-2106" və Xaçmaz rayon sakini, 52 yaşlı Seyidov Sabir Seyid oğlunun idarə etdiyi "VAZ-2107" markalı maşınlar toqquşub. Qəza nəticəsində hər iki sürücü müxtəlif xəsarətlərlə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıblar.
Qəza "VAZ-2107"-nin idarəetmənin itirilməsi nəticəsində yolun əks hərəkət istiqamətinə çıxması nəticəsində baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
18:30
221
Niderlanda yeni səfir təyin edildi
18:28
283
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1234
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1323
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1832
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1087