Yasamalda qadını qarət edən gürcü yaxalandı
Yasamal RPİ 29 -cu polis bölməsinin əməkdaşları Vəfa Yusif qızı Qəmbərovaya qarşı soyğunçuluq etmiş Gürcüstan vətəndaşı Modabadze Tornikeni həbs ediblər. APA TV-nin xəbərinə görə, istintaqla müəyyən olunub ki, Gürcüstan vətəndaşı Bakıya 1 ay əvvəl həmyerlilərin dəvəti ilə gəlib. Daha sonra onlarla əlaqəsinin kəsildiyini deyən Modabadze tüfeyli həyat tərzinə başlayıb. Paytaxtın müxtəlif yerlərində vətəndaşlara qarşı soyğunçuluq və oğurluq edib. Sonuncu faktı törədən zaman isə polis əməkdaşları tərəfindən yaxalanıb. Yasamal polisindən verilən məlumata görə hazırda saxlanılan şəxsin əlaqədə olduğu şəxslər, Bakıya gəlişinin səbəbləri araşdırılır. Bu şəxsin Nəsimi və Səbail rayonları ərazisində də anoloji faktlar törətdiyi istisna olunmur.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib