Türkiyədə keçmiş deputatın ailəsi öldürüldü
Türkiyədə keçmiş millət vəkilinin avtomobilinə silahlı hücum olub. APA TV-nin xəbərinə görə, hadisə İstanbulun Bakırköy səmtində baş verib. Bir zamanların iqtidar partiyası olan Ana Vətən Partiyasından Böyük Millət Məclisinə millət vəkili seçilmiş Adnan Yıldızın avtomobilində həyat yoldaşı və qızı da olub. Millət vəkili evindən çıxmağa hazırlaşarkən motosiklda iki nəfər avtomobilə yaxınlaşıb və atəş açmağa başlayıblar. Qadınların hər ikisi açılan atəş nəticəsində həyatlarını itiriblər. Silahlılardan biri qaçmağı bacarıb. Digəri isə Adnan Yıldızın cavab atəşi açması ilə öldürülüb. Polis və təcili yardım hadisə yerinə gəlib. Keçmiş millət vəkili yaralı vəziyyətdə xəstaxanaya aparılıb.
OXŞAR XƏBƏRLƏR
18:30
221
Niderlanda yeni səfir təyin edildi
18:28
283
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1233
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1323
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1832
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1087