Üç günün hava proqnozu: 25 dərəcə isti olacaq
Yaxın iki-üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun qrup rəhbəri Fərqanə HəsənovaAPA TV-yə deyib ki, mülayim cənub küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu günorta saatlarında 18-23 dərəcə isti təşkil edəcək.
Bölgələrdə iki-üç gün ərzində yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Lakin dağlıq və dağətəyi rayonlarda axşam və gecə saatlarında şimşək çaxacağı qısa müddətli yağış yağacağı ehtimalı var: "Temperatur günorta saatlarında Mərkəzi Aran rayonlarda 20-25 dərəcə isti dağlarda 11-16 dərəcə isti təşkil edəcək".
Mülayim yaz havası meteroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib