Bakının mərkəzində mənzil yandı
Bakının Səbail rayonu, 28 May 5 ünvanında yerləşən 5 mərtəbəli binanın ikinci mərtəbəsində yanğın baş verib. APA TV-nin xəbərinə görə, mənzilin sahibi evdə olmadığından baş verən yanğınla bağlı qonşular xəbər tutublar. Onlar dərhal Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng vuraraq məlumat veriblər. Hadisə yerinə gələn nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail Rayon Hissəsinin canlı qüvvəsi və texnikası qısa müddətdə baş verən yanğını söndürməyə müvəffəq olub.
Araşdırmalar nəticəsində məlum olub ki, yanğın mənzilin hamamında baş verib və 2 kvadrat metr ərazini əhatə edib. Söndürülən alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:30
307
Niderlanda yeni səfir təyin edildi
18:28
373
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1310
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1326
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1835
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1091