Lənkəranda 57 yaşlı kişini elektrik vurub öldürdü
Lənkəranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə aprelin 14-də şəhərin Nəriman Nərimanov küçəsində yeni tikilməkdə olan obyektdə qeydə alınıb. 57 yaşlı Eynulla Əsəd oğlu Hüseynov qaynaq işləri apararkən ehtiyatsızlıqdan əlindəki armatur yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə usta hadisə yerində ölüb.
Meyit müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:30
307
Niderlanda yeni səfir təyin edildi
18:28
373
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1311
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1326
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1835
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1091