DİN-dən "nurçu"ların tutulması ilə bağlı rəsmi açıqlama
Daxili İşlər Nazirliyi Bakıda “nurçu”ların saxlanılması faktı ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X. Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib. Eldəniz Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompyuter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:30
307
Niderlanda yeni səfir təyin edildi
18:28
374
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1311
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1326
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1835
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1091