İranda ağır qəzaya düşən zəvvarların hamısı Azərbaycana qayıdıb
İranda ağır yol qəzasına düşən azərbaycanlı zəvvarların hamısı vətənə dönüb. Məsələ İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin işə qarışması ilə öz həllini tapıb. Belə ki, Azərbaycanın Biləsuvar sərhəd-keçid məntəqəsində pasportları yanmış 9 zəvvara ölkəyə qayıtmağa icazə verilməyib və onlardan Azərbaycanın İrandakı səfirliyi vasitəsilə yeni pasport almaları üçün Tehrana getmələri istənilib. Bu səbəbdən digər zəvvarlar ölkələrinə qayıtsalar da, qalan 9 nəfər İranın Biləsuvar sərhəd-keçid məntəqəsində gecələmək məcburiyyətində qalıblar.
İranın Azərbaycandakı səfirliyi, həmçinin zəvvarlara kompensasiya ödənəcəyini açıqlayıb.
APA TV-nin xəbərinə görə, aprelin 13-də azərbaycanlı zəvvarları daşıyan sərnişin avtobusu Ərdəbil vilayətində, Sərçəm-Ərdəbil yolunun 95-ci kilometrliyində qəzaya uğrayıb. Hadisə Azərbaycan vətəndaşlarının Kərbəla və Məşhəd ziyarətindən qayıtdıqları zaman baş verib. Qəza nəticəsində yanğın baş verən “Scania 86” markalı avtobusda 42 sərnişin olub. Onlar dərhal avtobusdan təxliyə olunub. Zəvvarlardan 6 nəfəri yüngül bədən xəsarətləri aldığı üçün xəstəxanaya çatdırılıb və ilkin tibbi müayinədən sonra Ərdəbilə aparılaraq Azərbaycana yola salınıblar.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib