Milli Ordunun əsgəri hərbçi yoldaşını öldürüb
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib. Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri Afiyəddin Cavadovun əlindəki silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş onun əsgər yoldaşı Nicat Hacızadəyə dəyib. Nicat Hacızadə aldığı güllə xəsarəti ilə hospitala aparılarkən yolda dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR
14:07
310
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
490
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1293
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
1021
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1631
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1191