Bakıda iki "Niva" toqquşdu
Ötən gecə Bakının Səbail rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV xəbər verir ki, Abbasqulu Abbaszadə küçəsində "Niva" markalı iki avtomobil toqquşub.
İlkin məlumata görə, maşınlardan biri çox sürətlə hərəkət edib və sürücü ensiz yolda idarəetməni itirib. Nəticədə maşın digər "Niva"nın hərəkət yoluna çıxıb və toqquşma baş verib. Toqquşma güclü olub, nəticədə maşınlardan biri yol kənarındakı uşaq baxçasının qarşısındakı reklam bannerinə çırpılıb və aşıb.
Qəzaya səbəb olan "Niva"nın sürücüsü hadisə yerini tərk edib. Digər avtomobildə isə sürücünün həyat yoldaşı xəsarət alıb. Onu xəstəxanaya sürücünün özü aparıb.
Səbail Rayon Yol Polisi Şöbəsində faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:30
341
Niderlanda yeni səfir təyin edildi
18:28
404
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1333
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1331
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1839
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1095