Arvadını öldürən ər intihara cəhd etdi
Şirvanda ər arvadını qətlə yetirib. Şirvan şəhər Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə aprelin 13-ü səhər saatlarında Şirvan şəhəri Neftçilər küçəsi ev 27-də baş verib. Həmin evdə yaşayan 1967-ci il təvəllüdlü Cavidi Mübariz Sadiq oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1972-ci il təvəllüdlü Cavidi Xoşbəxt Firudin qızını bıçaqla qətlə yetirib. Mübariz qətli törətdikdən sonra özünə qəsd etmək məqsədi ilə çoxlu miqdarda dərman həbləri qəbul edib. O, Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətəndirilir. Qətlin səbəbləri istintaq orqanları tərəfindən araşdırılır.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:30
339
Niderlanda yeni səfir təyin edildi
18:28
403
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1332
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1331
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1839
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1095