Kərbəla ziyarətindən qayıdan, içərisində azərbaycanlı zəvvarların olduğu AVTOBUS YANDI
Azərbaycanlı zəvvarları daşıyan sərnişin avtobusu qəzaya uğrayıb. APA TV-nin məlumatına görə, hadisə aprelin 13-də Ərdəbil vilayətində, Sərçəm-Ərdəbil yolunun 95-ci kilometrliyində Bakı vaxtı ilə saat 04:15-də Azərbaycan vətəndaşlarının Kərbəla və Məşhəd ziyarətindən qayıtdıqları zaman baş verib. Qəza nəticəsində yanğın baş verən “Scania 86” markalı avtobusda 31 sərnişin olub. Nəticədə 3 azərbaycanlı zəvvar ağır bədən xəsarəti alıb. Onlar təcili yardım maşını ilə dərhal xəstəxanaya çatdırılıb və vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Onların hələlik ad və soyadları açıqlanmayıb. Digər sərnişinlər isə avtobusdan təxliyə olunublar.
OXŞAR XƏBƏRLƏR
14:07
286
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
472
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1279
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
1020
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1630
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1190