Qarşıdakı iki günün hava şəraiti necə olacaq?
Aprelin 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Tempertur gecə 6-9, gunduz 15-20 dərəcə isti olacaq. Aprelin 15-də dəyişkən buludlu, əsasən, yağmursuz hava şəraiti gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur. Tempertur gecə 6-9, gunduz 16-21 dərəcə isti təşkil edəcək. Bölgələrdə isə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz yağış tədricən kəsiləcək, əsasən, yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacağı proqnozlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib