Bir gecənin avtoqəza statistikası: 5 ölü, 16 yaralı
Aprelin 12-də və 13-ü gecə saatlarında ölkə yollarında 16 yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, qəzalarda 5 nəfər həlak olub, daha 16 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ən ağır qəza Abşeron rayonu Novxanı bağlar yaşayış massivində qeydə alınıb. “BMW X5” markalı avtomobil yüksək sürətlə hərəkət edərkən sürücünün idarəetməsindən çıxıb. Avtomobil zəncirvari olaraq iki “Mercedes” və digər “BMW” ilə toqquşub. Daha sonra "BMW" işıq dirəyinə çırpılaraq dayanıb. Qəzada 2 nəfər həlak olub. Hər 2 şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparılır. Ölənlərin hər ikisi “BMW”də olanlardır. Bütün faktlarla bağlı cinayət işi açılıb. Araşdırmalar aprılır.
OXŞAR XƏBƏRLƏR
18:30
339
Niderlanda yeni səfir təyin edildi
18:28
403
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1332
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1331
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1839
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1095