Moskvada meyvə satan azərbaycanlıların davası - 1 ölü
Moskvada "İstrinski" bazarında iki azərbaycanlı arasında baş verən münaqişə birinin ölümü ilə nəticələnib. APA TV-nin Rusiya Daxili İşlər Nazirliyi Moskva vilayəti üzrə Baş Polis İdarəsindən aldığı məlumata görə, hadisə bazardakı meyvə satış nöqtəsi üstündə baş verib. Münaqişə zamanı azərbaycanlılardan biri digərinin buduna bıçaqla xəsarət yetirib, yaralanan azərbaycanlı isə cavab olaraq qarşı tərəfin döş qəfəsinə ölümcül bıçaq zərbəsi endirib və o, hadisə yerinə ölüb. Yaralı şəxs hospitala yerləşdirilib və o, polis nəzarətində saxlanılır. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:30
339
Niderlanda yeni səfir təyin edildi
18:28
403
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1332
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1331
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1839
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1095