Xaçmazda iki maşın toqquşdu, xəsarət alan var
Aprelin 12-i axşam saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Hadisə Gəndob-Yalama yolunun Xaçmazın Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1957-ci il təvəllüdlü Mübariz Məlikovun idarə etdiyi “Vaz 21099” markalı dövlət nömrə nişanlı avtomaşınla Xaçmaz Suvarma Sistemləri Idarəsinə məxsus, Xaçmaz şəhər sakini 1955-ci il təvəllüdlü Xasməmməd Qədirovun idarə etdiyi “Hyundai” markalı 27 AA 168 dövlət qeydiyyatlı maşın toqquşub. Qəza nəticəsində “Vaz 21099”un sürücüsü xəsarət alıb. Xaçmaz rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra sürücü ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
14:07
289
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
473
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1280
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
1020
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1630
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1190