Bəşər Əsəd qüvvələri müxaliflərə fosfor bombaları yağdırır
Bəşər Əsəd rejimi paytaxt Şamın Hərasta bölgəsində yenə kimyəvi silah istifadə edib. Suriyada hökumət qüvvələrinin təşkil etdiyi kimyəvi silah hücumunda insanlarda yaranan tənəffüs çatışmazlığı, gözlərdə qızartılar, dəridə yanma kimi yaranan problemlər səbəbindən bir çox adamın təcili olaraq xəstəxanaya aparıldığı bildirilib. Əsəd qüvvələri ilə müxaliflər arasında son bir həftədir qarşıdurmaların yaşandığı Suriya-Livan sərhədindəki Rankus qəsəbəsində hökumət qüvvələrinin fosfor bombasından istifadə etdiyi iddia edilib. Müxaliflərin video-kamera ilə çəkdiyi görüntülərdə rejimə aid olduğu iddia edilən döyüş təyyarələrdən fosfor bombaları atıldığı aydın görünür.
OXŞAR XƏBƏRLƏR
18:30
341
Niderlanda yeni səfir təyin edildi
18:28
404
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1333
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1331
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1839
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1095