Şirvan-Salyan yolunda zəncirvari qəza
APA TV-nin Mil-Muğan bürosuna Salyan rayon Polis Şöbəsindən verilən məlumata görə, Şirvan-Salyan magistralının 20-ci kilometrliyində rayonunun Qarabağlı kəndi ərazisində “Nissan Sunny”, "VAZ 2107" və "UAZ" markalı avtomobillər toqquşub. Salyan rayonunun Kərimbəyli kəndn sakini Ataşov Zaur Alahşükür oğlu “Nissan Sunny” markalı avtomobili böyük sürətlə idarə edərkən əvvəlcə Qarabağlı kənd sakini Əzizov Vüqar Əlixan oğlunun idarə etdiyi "VAZ 2107"yə, daha sonra Salyan rayonunun Çadırlı kənd sakini Abdulov Çingiz Məmmədşah oğlunun idarə etdiyi "UAZ"a çırıb. Nəticədə “Nissan Sunny”"nin sürücüsü Zaur Ataşov kəllə-beyin travması ilə ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. "UAZ" markalı avtomobilin sürücüsü isə orta dərəcəli xəsarətlə Şirvan şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib