“VAZ-2106” və “Mercedes” toqquşdu, sərnişin yaralandı
Cəlilabadda bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə aprelin 12-də Ələt-Astara magistralının 147-ci kilometrliyində, yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini Pərviz Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı, 56 BC 627 dövlət nömrə nişanlı minik avtomobili Bakı istiqamətində hərkət edərkən qarşıdan gələn Cəlilabad rayon sakini Məhəmməd Mirzəyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobilinə çırpılıb. Nəticədə “Mercedes”-in sərnişini Pərvanə Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qəzanın “Mercedes”in sürücüsünün qarşıdan gələn avtomobili nəzərə alamadan yolda dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib