ABŞ Senatı "erməni soyqırımı" haqqında sənədi rədd etdi
ABŞ Senatının Xarici Əlaqələr Komitəsində qəbul olunan uydurma “erməni soyqırımı” haqqında qərar layihəsi Senatın ümumi yığıncağının gündəliyinə daxil edilməyib. Xatırladaq ki, bu məsələ Türkiyədə narahatlıq doğurub və rəsmi Ankara ABŞ-na bununla bağlı narazılığını ifadə edib. APA-nın Türkiyənin “Sabah” qəzetinə istinadən yaydığı xəbərə görə, 410 saylı məlum qərar layihəsi Senatın 16 günlük Pasxa tətilindən əvvəl keçirilən son toplantısında gündəmə alınmayıb. Beləliklə, sırf 24 aprelə hesablanmış sənəd əhəmiyyətsiz bir kağız parçasına çevrilib. Xatırladaq ki, qərar layihəsi ermənipərəst senatorlar Robert Menendez və Mark Kirk tərəfindən təqdim olunmuş və Senat komitəsində səs çoxluğu ilə qəbul edilmişdi.
OXŞAR XƏBƏRLƏR
18:30
392
Niderlanda yeni səfir təyin edildi
18:28
456
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1379
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1334
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1841
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1097