Bakıda tüfeyli həyat tərzi keçirən qadınların evi yandı
Bakının Nərimanov rayonunda mənzil yanıb. APA TV-nin məlumatına görə, yanğın baş verən mənzildə iki kimsəsiz qadın yaşayır. Tüfeyli həyat tərzi sürən qadınlar küçələrdən məişət tullantılarını evə daşıyırlarmış. Qonşuların şikayətlərindən sonra dəfələrlə ev təmizlənsə və yığılan məişət tullantıları daşınsa da, qadınlar son günlərə qədər evə zibil daşımaqda davam ediblər. Qonşular evdəki vəziyyətlə bağlı əlaqədar orqanlara dəfələrlə şikayət etdiklərini bildirirlər
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətindən APA TV-yə verilən məlumata görə, ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin 1 otağına və dəhlizinə yığılmış məişət tullantıları 30 kv.m sahədə və ev əşyaları 4 kv.m sahədə yanıb. Yanğın zamanı binanın 10 sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib, tüstüdən zəhərlənən 2 nəfər isə Təcili Tibbi Yardım Stansiyasına həkim briqadasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib