Əli Babacan: "Senatın qondarma qətnaməni qəbul etməsi xoşagəlməzdir"
"Amerika Birləşmiş Ştatları Senatının xarici əlaqələr Komitəsində qondarma "Erməni soyqırımı"ı ilə bağlı qətnamənin qəbul edilməsi xoşagəlməzdir".
APA TV-nin xəbərinə görə, bunu Türkiyə baş nazirinin müavini Əli Babacan deyib. O, bu məsələ ilə bağlı paytaxt Ankarada müzakirələrin aparıldığını və hökumətin rəsmi bəyanat verəcəyini deyib: "Amma 99 il əvvəl Amerikadan çox uzaq yerdə baş verdiyi iddia edilən, olub-olmadığı ilə bağlı hələ heç bir elmi araşdırmanın aparılmadığı və bizim də qətiyyətlə baş vermədiyini dediyimiz bir mövzunun gün ərzində Amerikada daxili siyasət predmeti olaraq istifadə olunması yaxşı bir şey deyil".
Bu arada Ermənistan xarici işlər naziri Edvard Nalbadyan da sözügedən qətnamə ilə bağlı bəyanat yayıb. Bəyanatda qətnaməni dəstəkləyən Senatın xarici əlaqələr komitəsinin sədri Robert Menendesin prinsipial mövqeyi yüksək qiymətləndirilib.
Xatırladaq ki, Robert Menendes ermənipərəst mövqeyi ilə tanınır. Con Kerri ABŞ dövlət katibi seçiləcəyi təqdirdə həmin senatorun xarici əlaqələr komitəsinə sədr seçiləcəyini deyilmişdi. Kerri dövlət katibi seçildikdən bir qədər sonra Robert Menendez də ehtimal edilən posta sədr təyin edildi. O, həmçinin Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasına qarşı çıxan senatorlardan biridir.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib