Donetskdə separatçılara verilən möhlət başa çatır
Donetskdə vilayət icra hakimiyyətinin binasını ələ keçirən Rusiyameyilli fəallar dövlət idarəsinin qarşısındakı meydanda qurduqları barrikadaları möhkəmləndiriblər. Özlərini "özünümüdafiə dəstələri" adlandıran şəxslər əraziyə nəzarət edirlər. Bu barədə "Azadlıq" radiosu xəbər verir. Nəzarətə götürülmüş meydanın ətrafında Rusiyanın sərhəd dirəkləri basdırılıb. Meydanı ələ keçirmiş şəxslərin sayı 2 min nəfəri keçmir. Məlumat verilir ki, bu gün Donetsk vilayətindəki inzibati dövlət idarələrinə yenə hücumlar ediləcəyi gözlənilir. Separatçılar bu addımı bölgəyə sağ sektorçuların göndərilməsinə etiraz olaraq atacaqlarını bildiriblər. Onlar sosial şəbəkələrdə həmfikirlər toplamağa və onları meydana dəvət etmək üçün çağırışlar da ediblər. Lakin buna reaksiya verilmədiyi deyilir. Separatçılar tutduqları dövlət binalarını tərk etməyəcəklərini və hökumət nümayəndələri ilə heç bir danışıqlara getməyəcəklərini deyiblər.
Xatırladaq ki, Ukraynanın daxili işlər naziri Arsen Avakovun onlara qoyduğu 48 saat möhlət bu gün başa çatır.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib