Bakıda “Mercedes”lə “Toyota” toqquşdu
Ötən gecə paytaxtın Yasamal rayonu, Mətbuat prospektində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, 23 yaşlı Emin Yarıyev “Mercedes” markalı avtomobillə idarəetməni itirərək, 60 yaşlı Ramiz Nəsirovun idarə etdiyi “Toyota” markalı avtomobilə çırpılıb. Nəticədə ciddi xəsarət alan olmasa da, “Mercedes”in sürücüsü baş nahiyəsindən yüngül xəsarətlə canını qurtara bilib. Hadisə yerinə Yasamal Rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları gəliblər. Hadisə üzrə Yol Patrul Xidmətinin inspektoru Azər Kazımovun APA TV-yə verdiyi məlumata görə, qəzaya səbəb “Mercedes” markalı avtomobilin yolun hərəkət hissəsinin əks istiqamətinə çıxması olub.
Faktla bağlı Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:30
437
Niderlanda yeni səfir təyin edildi
18:28
501
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1416
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1336
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1843
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1099