Binə sakinlərinin yol problemi: keçilməz gölməçələr, palçıq, tıxac...
Bu yol paytaxtın Xəzər rayonunda yerləşir. Binə qəsəbəsinin Əli İsazadə küçəsində. Bir neçə ay öncə mətbuatda yolun yenidən qurulması ilə bağlı xəbərlər yayılıb. Yolun yenilənməsi işini Xəzər Rayon İcra Hakimiyyəti həyata keçirir. Göründüyü kimi, yolun təmiri başa çatdırılmayıb.
Qəsəbə sakinləri APA TV-yə deyiblər ki, ötən il yolu qazıb altından su boruları çəkiblər. Sonra qazılan yerləri sadəcə torpaqla doldurublar. Sakinlər deyir ki, bu səbəbdən yağış yağanda palçıq, gölməçə yaranır. Bu da axşam saatlarında tıxaclar yaranmasına gətirib çıxarır:
"Neçə vaxtdır çəkiblər, asfalt tökülməyib. 5 dəqiqəlik yoldur, bir saata gedirik".
"Xeyli vaxt yox, iki ildir".
Yolun qəsəbəyə girişinin təxminən 100 metrlik hissəsinin birtərəfi təmir olunub.
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən münasibət bildirilməyib.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib