Qazaxda ağır qəza: biri polis olmaqla 2 ölü, 2 yaralı
Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Baş Dövlət Tol Polisi İdarəsindən APA TV-yə verilən məlumata görə, Qazax rayon Çaylı kənd sakini, polis nəfəri Şəmistan Bənnayev idarə etdiyi "VAZ 21012" markalı avtomobillə kəndə dönərkən, Ağstafa rayon sakini Zeynal Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin dediyinə görə, toqquşma o qədər şiddətli olub ki, avtomobillər magistraldan bir neçə metr kənara düşüb. Məlumata görə, qəza zamanı “VAZ 21012”-nin sürücüsü, polis nəfəri Şəmistan Bənnayev və “Mercedes”də olan sərnişin Akif Həsənov ölüb. “VAZ 21012”-də olan daha bir polis nəfəri Elcan Rzayev və “Mercedes”in sürücüsü Zeynal Həsənov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib