Azərbaycan Ordusunun əsgəri özünü güllələyib
Azərbaycan Ordusu daha bir itki verib. APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. Hərbi hissənin əsgəri Elvin Rüsxət oğlu Bəzirli təhlükəsizlik qaydalarının pozulması nəticəsində avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Əsgər ilkin tibbi yardım göstərildikdən sonra hospitala təxliyə olunarkən yolda dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, E. Bəzirli Qobustan rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
OXŞAR XƏBƏRLƏR
18:30
476
Niderlanda yeni səfir təyin edildi
18:28
537
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1453
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1340
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1849
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1104