Qadın xalatı geyindirilən erməninin məhkəməsi başlayır
Moskvada törətdiyi yol-nəqliyyat hadisə nəticəsində 18 nəfərin ölümünə səbəb olan Ermənistan vətəndaşının cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işinin materialları baxılması üçün məhkəməyə göndərilib. Bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb. APA TV nin xəbərinə görə, 46 yaşlı Qraçya Artyunyan xeyli sayda insan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisənin törətməkdə və sənədsiz avtobil idarə etməkdə təqsirli bilinir. İstintaq nəticəsində müəyyən olunub ki, 13 iyul 2013-cü ildə Artyunyan "KamAZ" markalı yük maşını ilə Şalova qəsəbəsindən Padolsk şosesinə çıxaraq qəflətən yolun əks istiqamətinə keçib. Bu zaman içərisində 65 sərnişin olan avtobusla toqquşub. Nəticədə 18 nəfər ölüb 14 nəfər isə ağır xəsarət alıb.
Qeyd edək ki, barəsində həbs-qətimkan tədbiri seçilərkən Artyunyanın qadın xalatında məhkəməyə gətirilməsi Ermənistanda ciddi narazılığa səbəb olmuşdu. Məhkəmə prosesinin aprelin sonunda başlanayacağı bildirilir.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib