Nəbatət Bağının direktoru işdən çıxarıldı
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağının rəhbərliyində dəyişiklik edilib.
AMEA Rəyasət Heyətindən APA-ya verilən xəbərə görə, müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oruc İbadlı səhhəti ilə əlaqədar ərizəsi nəzərə alınaraq tutduğu vəzifəsindən azad olunub. Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsinin icrası AMEA Botanika İnstitutunun rəhbəri, biologiya üzrə elmlər doktoru Validə Əlizadəyə həvalə edilib.
APA TV-nin xəbərinə görə, son günlər Nəbatət Bağıda ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı xəbərlər yayılır. Bu da bağın yaxınlığıda yaşayan sakinlərin narazılığına səbəb olub. Nəbatət Bağından bildiriblər ki, ağacların kəsilməsinin və ya kökündən çıxarılması ərazidə yenidənqurma işləri ilə bağlıdır.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib